“Qarabağ”ın matçını bu hakimlər idarə edəcək

13 Avqust 2017 20:06 (UTC+04:00)

AzNews.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, avqustun 15-i saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçı Paolo Talyaventonun başçılıq etdiyi italiyalı hakimlər briqadası idarə edəcək.

45 yaşlı Talyaventoya Alessandro Calyatini və Alessandro Kostantso yan xətt, Massimiliano İrrati və Antonio Damato əlavə köməkçi, Filippo Meli isə dördüncü hakim qismində kömək edəcəklər. Hakim-inspektor avstriyalı Frits Stuxlik, UEFA nümayəndəsi bolqarıstanlı Andrey Medintsev olacaq.