Azərbaycanda ömür uzunluğu beş il ərzində 1,4 il artıb

13 Avqust 2017 20:55 (UTC+04:00)

AzNews.az Azərtac-a istinadən xəbər verir ki, Dövlət Statistika Komitəsinin “Azərbaycanın Demoqrafik Göstəriciləri” rəsmi nəşrində qeyd olunur ki, Azərbaycanda ömür uzunluğunda artım müşahidə olunur. Belə ki, son beş il ərzində ömür uzunluğu 1,4 il artıb. Əgər 2011-ci ildə ümumi ömür uzunluğu 73,8 yaşa bərabər idisə, ötən il 75,2 yaş təşkil edib. Həmin göstərici kişilər arasında 72,8, qadınlar arasında isə 77,6 yaşa bərabər olub. Buna baxmayaraq, 2015-ci illə müqayisədə ötən il şəhər yerlərində ömür uzunluğunda azalma, kənd yerlərində isə artım qeydə alınıb.