Sürücü 4 yaşlı uşağı vurdu

13 Avqust 2017 21:28 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, hadisə şəhərin 20 Yanvar küçəsində, "Karyer" adlanan ərazidə baş verib.

Belə ki, “Mersedes” markalı avtomobil yolu keçmək istəyən 2013-cü il təvəllüdlü Xasiyev Ümid Vüsal oğlunu vuraraq ağır xəsarət yetirib. Müxtəlif bədən xəsarətləri alan azyaşlı təcili xəstəxanaya çatdırılıb.

Faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsində araşdırma aparılır.