16 yaşlı oğlan özünü asıb

16 Fevral 2013 09:01 (UTC+04:00)


Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, 1997-ci ildə rayonun Xıl kəndində anadan olmuş Məmmədov Şəfaqət Rafiq oğlu özünü yaşadığı Qədimkənd kəndində asıb. 16 yaşlı oğlan özünü yaşadığı evin həyətindəki tövlədə asıb. Onun asılı vəziyyətdə olan meyitini yaxınları aşkarlayıblar.

Qeyd edək ki, intihar etmiş yeniyetmə orta məktəbin 9-cu sinif şagirdi olub.

Faktla əlaqədar cinayət işi başlanılıb, araşdırmalar aparılır.

AzNews.az