Antifaşist fəallarla radikal sağçılar arasında qarşıdurma – Sürücü avtomobili fəalların üzərinə sürüb (Video)

14 Avqust 2017 10:59 (UTC+04:00)

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, qarşıdurma, əsasən, Şarlotsvil şəhərində ciddi xarakter alıb.

Radikal sağçı qrup üzvü avtomobili onlara qarşı çıxan antifaşist fəalların üzərinə sürüb. Nəticədə bir qadın ölüb, 34 nəfər xəsarət alıb. Xəsarət alanlardan 5-nin vəziyyəti ağırdır. Bundan başqa tərəflər arasında yaşanan qarşıdurmalarda 19 nəfər xəsarət alıb.

Ölümcül qarşıdurmalarla əlaqədar Nyu York, Los Ancels, Sietl, Atlanta və Denver şəhərlərində antifaşist fəallara dəstək yürüşləri keçirilib. Fəallar prezident Donald Trampdan zorakı şəxslərin həbs olunmasını tələb ediblər.

Radikal sağçılar Vətəndaş Müharibəsi dövründə ordu generalı Robert Edvard Linin xatirəsinə ucaldılan heykəlin sökülməsinə qarşı çıxırlar.

Bəxtiyar Abbasov

AzNews.az