Onlar da “Daş yuxular“a etiraz etdilər

16 Fevral 2013 09:38 (UTC+04:00)



Gəncənin təhsil işçiləri Əkrəm Əylislinin "Daş yuxular" yazısına etirazlarını bildiriblər. AzərTAc xəbər verir ki, mərkəzi kitabxanada keçirilən toplantıda çıxış edənlər yazıçını vətəninə, xalqına qarşı yalan və uydurmalarla dolu olan uydurmalara görə qınamış, ölkə başçısının çox haqlı olaraq xalq yazıçısı adını, eləcə də Prezident təqaüdünü ləğv etməsi ilə bağlı sərəncamını razılıqla qarşıladıqlarını bildiriblər.

Qeyd olunub ki, dünyanın Xocalı soyqırımını tanımaq ərəfəsində olduğu bir vaxtda belə bir cızmaqaranın rus mətbuatında çap edilməsi Əkrəm Əylislinin millətimizə arxadan vurduğu zərbə kimi dəyərləndirmək olar.

Toplantıda respublikamızın orta məktəb müəllimlərinə Əkrəm Əylislinin 9-cu sinif kitablarına salınmış "Ürək yaman şeydir" əsərinin tədrisini dayandırmağı, eləcə də onun evlərdə olan kitablarının yandırılaraq məhv edilməsi ilə bağlı müraciət ediblər.

AzNews.az