Torpaq evləri “uddu” – Yüzlərlə insan öldü (Video)

14 Avqust 2017 17:39 (UTC+04:00)

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində yüzlərlə insan itkin düşüb. Sürüşmə zamanı onlarla ev torpağın altında qalıb.

Torpaq sürüşməsinə səbəb kimi bölgədə müşahidə olunan aramsız yağışlar göstərilir. Məlumata görə, hadisə zamanı insanlar yatmış vəziyyətdə olublar.

Hadisə yerinə çoxlu sayda xilasedici cəlb olunub. Artıq onlarla insanın meyiti dağıntılar altından çıxarılıb.

Bəxtiyar Abbasov

AzNews.az