Rusiyanın “qızıl səsi” ad gününü Bakıda qeyd edəcək

14 Avqust 2017 20:54 (UTC+04:00)

AzNews.az Azərtac-a istinadən xəbər verir ki, musiqi gecəsi oktyabrın 15-də “Baku Crystall Hall”da olacaq. Unikal, parlaq və möhtəşəm yubiley şousu “İqra” adlanacaq.

Müğənninin istedadının pərəstişkarlarını irihəcmli dekorasiyalar, fantastik kostyumlar, unudulmaz səhnə effektləri gözləyir. Proqrama onun hamı tərəfindən sevilən məşhur hitləri yanaşı, tamamilə yeni kompozisiyaları daxildir.

N.Baskovun konserti Bakıda payız mövsümünün ən önəmli mədəniyyət hadisələrindən biri olacaq.