65 il evli olan cütlük eyni gündə öldü

15 Avqust 2017 00:00 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Hollandiyanın Didam şəhərində yaşayan bu cütlük doğmalarının əhatəsində, bir-birinin əlindən tutaraq əbədiyyətə qovuşub. Onlar 65 il birlikdə yaşayıblar.

Ər-arvadın son 5 ildə səhhəti pisləşib. Nik 2012-ci ildə insult keçirib, onun həyat yoldaşı isə yaddaş pozğunluğundan əziyyət çəkirdi.

Cütlüyün qız övladı Elderhostun sözlərinə görə, valideynləri könüllü olaraq evtanaziya vasitəsilə ölmək istəyiblər.

Qeyd edək ki, evtanaziya Niderlandda 2002-ci ildə leqallaşdırılıb. Sağalmaz xəstəlikdən, şiddətli fiziki ağrıdan əziyyət çəkənlərə evtanaziya vasitəsilə ölməyə icazə verilir.