Hakimin iradına görə Qurbanov oyunda paltarını dəyişdi

15 Avqust 2017 22:07 (UTC+04:00)

AzNews.az Qafqazinfo-ya istinadən xəbər verir ki, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov matçın 4-cü hakimi Filippo Melinin göstərişindən sonra köynəyinin üstündən futbolçuların məşq zamanı istifadə etdiyi geyimi geyinib.

Buna Qurbanovun köynəyinin üstündə hansısa reklam tərkibli yazının olmasının səbəb olduğu bildirilir.

Qeyd edək ki, matç “Qarabağ”ın 1-0 hesablı qələbəsi ilə yekunlaşıb.