Bakıda kütləvi dava: iş yoldaşlarını döydülər (Video)

15 Avqust 2017 23:41 (UTC+04:00)

AzNews.az ARB-yə istinadən xəbər verir ki, hadisə Nəsimi rayonu ərazisində, Mikayıl Rəfili küçəsində qeydə alınıb.

Belə ki, Bakıdakı restoranlardan birində xidmətçi işləyən və adları hələlik məlum olmayan 4 nəfər iş yoldaşları Kamal Məmmədovu döyüblər. Onlar dava zamanı K.Məmmədovun baş nahiyəsinə küt alətlə, habelə bədəninin ayrı-ayrı nahiyələrinə şüşə qırıqları ilə xəsarətlər yetiriblər.

K.Məmmədovu döyənlər hadisədən sonra ərazidən uzaqlaşıblar. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırmalara başlanılıb.