"Çalıçacağıq ki, səfərdən başıyuxarı dönək" - Qurban Qurbanov

15 Avqust 2017 23:02 (UTC+04:00)

AzNews.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının pley-off mərhələsində “Kopenhagen”ə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib:

"Oyundan öncə də bildirmişdim ki, “Kopenhagen”ə qarşı oynamaq çətin olacaq və belə də oldu. Bir neçə şansımız olsa da, istifadə edə bilmədik. Düşünürəm ki, bu qələbə son nəticə deyil. Çünki “Kopenhagen” öz meydanında mükəmməl futbol oynayır. Bizi çətin 90 dəqiqə gözləyir. Çalıçacağıq ki, səfərdən başıyuxarı dönək".

Qeyd edək ki, Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən oyunda "Qarabağ" "Kopenhagen"ə 1-0 hesabı ilə qalib gəlib.

Bu komandalar arasında cavab oyunu avqustun 23-də Kopenhagendə keçiriləcək.