Şəfiqə Axundova xəstəxanaya yerləşdirilib

16 Fevral 2013 10:38 (UTC+04:00)


Şərqin opera yazan ilk qadın bəstəkarı Şəfiqə Axundova xəstəxanadadır. Bir neçə gün öncə səhhəti pisləşən sənətkarı şəhər xəstəxanalarının birinə yerləşdirilib.

Bu barədə Modern.az-a bəstəkarın yaxınları məlumat veriblər. Verilən məlumata görə, Şəfiqə Axundova artıq bir neçə gündür müalicə alır.

Qeyd edək ki, 89 yaşlı Xalq artisti uzun müdddətdir ki, ürək xəstəliyindən əziyyət çəkir.

AzNews.az