Gömrükdə dollar əməliyyatı - Video

16 Avqust 2017 13:05 (UTC+04:00)

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, vətəndaş gömrük nəzarəti üzrə gömrükçülərin qanuni fəaliyyətinə mane olmağa çalışıb, lakin kənar müdaxilə cəhdlərinə baxmayaraq avtomobil yoxlamadan keçirilib.

Nəticədə avtomobilin gizli saxlanc yerlərindən, gömrük nəzarətindən gizlədilmiş şəkildə 3 540 000 Rusiya rublu (59 000 ABŞ dolları ekvivalentində) aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.