Sabirabadda heroin aşkarlandı

16 Avqust 2017 13:40 (UTC+04:00)

AzNews.az DİN-ə istinadən xəbər verir ki, Sabirabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Qaratəpə kənd sakini Ramil Əhmədovdan 0,1 qram heroin götürülüb. Onun həyətinə baxış zamanı kultivasiya yolu ilə yetişdirilən 23 ədəd, evinə baxış zamanı 7 ədəd çətənə kolu və 3 kioqram 200 qram marixuana aşkar edilərək götürülüb.