"Report"un Qarabağ bürosunun məlumatına görə, hadisə rayonun Əliyanlı kəndində baş verib.
Belə ki, yolu keçmək istəyən rayon sakini, 1956-cı il təvəllüdlü Lətifə Hümbətova naməlum avtombil tərəfindən vurulub.
Qəza nəticəsində yaşlı qadın Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanadan "Report"un yerli bürosuna bildirilib ki, yaralının vəziyyəti orta-ağırdır.
Faktla bağlı araşdırma aparılır.
AzNews.az