Prokuror Akif Çovdarova 15 illik həbs cəzası istədi

16 Avqust 2017 16:50 (UTC+04:00)

APA-nın xəbərə görə, Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrlik etdiyi iclasda prokuror çıxış edir.

Dövlət ittihamçısı Akif Çovdarovun rütbələrdən, fəxri adlardan, 3 il rəhbər vəzifələr tutmaq hüququndan məhrum edilməklə 15 il müddətinə azadlıqdan məhrum olunmasını istəyib.

Prokuror digər təqsirləndirilənlər - Səlim Məmmədovun 12 il, Akif Əliyev və Orxan Osmanovun hər birinin isə 9 il müddətinə azadlıqdan məhrum edilmələrini istəyib.

Proses avqustun 21-də davam etdiriləcək.

AzNews.az