Binəqədi-Novxanı avtomobil yolunda çökdü - Su borusunun partlayıb

16 Avqust 2017 18:38 (UTC+04:00)

AzNews.az Apa-ya istinadən xəbər verir ki, çökmə yolun təqribən 3-4 metr enində olan hissəni əhatə edir. Eyni zamanda, yolun çökən hissəsinin dərinliyi 5-6 sm-dir.

“Çökməyə səbəb yolun əsaslı şəkildə yenidən qurulmasından öncə aidiyyəti qurum tərəfindən çəkilmiş yeni su borusunun partlamasıdır. Nəticədə su yol yatağını yuyaraq yol əsasının çökməsinə gətirib çıxarıb. Çökmə hadisəsi nəticəsində avtomobil yolunun çiyin hissəsi də tamamilə sıradan çıxıb. Dərhal əraziyə “ Azəravtoyol” ASC- nin əməkdaşları cəlb olunub və yolun bərpası istiqamətində lazımi tədbirlər həyata keçirilir”, - deyə məlumatda vurğulanıb.