32 yaşlı kişi özünü asdı - Bakıda

17 Avqust 2017 09:55 (UTC+04:00)

"Report"un məlumatına görə, hadisə Sabail rayonu Mehdi Hüseynzadə küçəsi döngə 1, ev 7-də qeydə alınıb.

Həmin ünvanda yaşayan 1985-ci il təvəllüdlü Arif Fərhad oğlu Bağırov özünü asaraq intihar edib.

Faktla bağlı Sabail rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci ( özünü öldürmə həddinə çatdırma ) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

AzNews.az