“İran nüvə bombası istəmir“

16 Fevral 2013 11:48 (UTC+04:00)


Bunu İranın ali lideri Ayətullah Əli Xamenei bu gün Tehranda Şərqi Azərbaycan əyalətindən əhali ilə görüşündə deyib. Trend-in məlumatına görə, bu barədə İSNA agentliyi məlumat verir.

"Bizim inancımıza görə nüvə bombaları hamısı məhv olmalıdır və biz belə bir bombalara sahib olmaq istəmirik. Lakin əgər belə inancımız olmasaydı və qərara gəlsəydik ki, nüvə bombasına sahib çıxaq, onda heç bir güc bizim qarşımızda dura bilməzdi", - deyə Ayətullah Əli Xamenei deyib.

AzNews.az