Bakıda həbsxanada məhkumlar arasında dava

17 Avqust 2017 11:12 (UTC+04:00)

Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, hadisə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 10 saylı Cəzaçəkmə Müəssisəsində qeydə alınıb. Məhkumlar arasında baş verən qarşıdurmada 32 yaşlı İsrail Vəliyev məhkum yoldaşı, 24 yaşlı Firqət Abbasova xəsarət yetirib.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az