Ailə qurmaq istəyən 225 nəfərdə QİÇS aşkarlandı

17 Avqust 2017 12:49 (UTC+04:00)

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, 2015-ci il iyunun 1-dən 2017-cı il iyulun 31-dək müayinələrdən keçən şəxslərdən bəzilərində müxtəlif xarakterli infeksiyalar aşkar olunsa da ümumilikdə müayinədən keçən və nikaha daxil olmaq istəyən şəxslərin əksəriyyətinin sağlamlıq durumunun qənaətbəxş olduğu aşkar olunub.

Bütün dövr ərzində müayinədən keçən 12 594 nəfərdə talassemiya daşıyıcılığı, 1456 nəfərdə sifilis, 225 nəfərdə isə QİÇS aşkarlanıb.

Qeyd edək ki, tibbi müayinə və məsləhətlər nikaha daxil olmaq istəyən şəxslərin və ya onlardan birinin yaşayış yeri üzrə Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilmiş dövlət və bələdiyyə tibb müəssisəsində həyata keçirilir. Tibbi müayinənin keçirilməsi və məsləhətlərin verilməsi pulsuz aparılır.