Bacı-qardaşın başını kəsən qatildən xəbər var - Foto

17 Avqust 2017 13:27 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmədə məlum olub ki, Astara rayon, Ərkivan kənd sakini olan A.Cəfərov 1997-ci ildə anadan olub və ailəlidir. Onun 1 yaşlı övladı var.

O, daha əvvəl xuliqanlıq və avtoqəzaya görə məhkumluq həyatı yaşayıb.
Məhkəmənin baxış iclası avqustun 24-nə təyin edilib.

Qeyd edək ki, bu il aprelin 2-də saat 01:00 radələrində Nərimanov rayonunun Keşlə qəsəbəsində Bakı şəhər sakini Fəridə Qasımovanın üzərində kəsilmiş-deşilmiş xəsarətlər olan meyiti evinin qarşısında tapılıb, anası Lətifə Məmmədova isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Azər Cəfərov tutulub. Onun idarə etdiyi "BMW" markalı avtomobilin yük yerinə baxış zamanı oradan L.Məmmədovanın 16 yaşlı oğlu Saqil Qasımzadənin bədən və baş nahiyələrində zorakılıq əlamətləri olan meyiti aşkar edilib.