Zürafələr necə yatır? – Maraqlı faktlar + Fotolar

17 Avqust 2017 14:38 (UTC+04:00)

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, cütdırnaqlılar dəstəsinə aid olan bu canlılar məməlilər arasında yuxuya ən az ehtiyac duyan heyvanlardır. Zooloqlar zürafələrin 4-5 saat yatdıqlarını bildiriblər. Lakin ekstrimal vəziyyətdə onlara gün ərzində 1-2 saat yatmaq da kifayət edir.

Yatan zaman onlar başlarını qatlayıb budlarının üzərinə qoyurlar. Lakin boyunun şaquli vəziyyətdə qalması ilə də yata bilirlər.

Yetkin zürafələrin boyu 5-6 metrə çatır. Uzun boynu ona yerdə bitən otla yemlənməyə mane olsa da, əvəzində üst dodağı və uzun dili ən hündür budaqlardakı yaşıl yarpaqları da qoparmağa kömək edir. Zürafələrin səs telləri yoxdur.

Bəxtiyar Abbasov

AzNews.az