50 yaşlı kişi bıçaqlandı

17 Avqust 2017 17:05 (UTC+04:00)

APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Çaykənd kəndində 50 yaşlı Abdullayev Budaq Vəli oğlu döş qəfəsinin, qarın nahiyəsinin və sağ bud nahiyəsinin çoxsaylı kəsilmiş deşilmiş xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. O, dərhal əməliyyat olunub, vəziyyətinin ağır olduğu bildirilir.

İlkin məlumata görə, B. Abdullayev qızı tərəfindən bıçaqlanıb.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

AzNews.az