"Maşın bazarı"ndakı tullantılara görə müəssisə cərimə ediləcək

17 Avqust 2017 18:51 (UTC+04:00)

AzNews.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, şikayət qurumun əməkdaşları tərəfindən yerində araşdırılıb.

Sözügedən əraziyə keçirilən baxış zamanı “maşın bazarı”nın ərazisində formalaşan tullantıların qalaqlanaraq yandırıldığı aşkar olunub. Araşdırma zamanı həmin ərazinin “Üzeyir-2” kiçik müəssisəsinə məxsus olduğu müəyyən edilib.

Faktla bağlı protokol tərtib olunub və yol verilmiş qanun pozuntusunun aradan qaldırılması, gələcəkdə belə hallara yol verilməməsi üçün müəssisənin rəhbərliyinə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.

İnzibati xəta törətdiyinə görə “Üzeyir-2” kiçik müəssisəsinin hüquqi şəxs qismində cərimə edilməsi üçün toplanmış sənədlər qanunvericiliyə uyğun olaraq Xətai rayon məhkəməsinə göndərilib.