Azərbaycan və ABŞ hərbi tibb mütəxəssisləri görüşdü - Foto

17 Avqust 2017 20:45 (UTC+04:00)

AzNews.az Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, amerikalı qonaqlar azərbaycanlı həmkarları ilə hərbi tibb dəstəyinin göstərilməsi üzrə səhra təlimləri, təcili tibbi müdaxilə, döyüş travmasının qiymətləndirilməsi və təxliyəsi, davamlı hərbi tibbi müdaxilə, o cümlədən Kütləvi Qırğın Silahlarının istifadəsi zamanı insanların kütləvi təxliyəsi, yaralıların çeşidlənərək bir pillə yuxarı tibbi müdaxilə üçün təxliyə olunması və digər mövzularda müzakirələr aparıblar.