Ağstafada “VAZ” dirəyə çırpılıb - yaralılar var

17 Avqust 2017 21:11 (UTC+04:00)

AzNews.az apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Dağ Kəsəmən kəndi ərazisində qeydə alınıb. Qazax rayon Kosalar kənd sakini 1941-ci il təvəllüdlü Telman İsmayıl oğlu Şəmmədovun idarə etdiyi “VAZ 2107” markalı avtomobil idarəetmədən çıxıb və yolun kənarındakı dirəyə çırpılıb.

Qəza zamanı sürücü və onun həyat yoldaşı, 1948-ci il təvəllüdlü Rəna Rəhim qızı Şəmmədova müxtəlif bədən xəsarətləri alaraq Qazax Müalicə Diaqnostika Mərkəzinə yerləşdiriliblər.

Faktla bağlı Ağstafa rayon Polis Şöbəsində araşdırma aparılır.