Tramp Barselonada terror aktının araşdırılmasında köməyini təklif edib

17 Avqust 2017 23:19 (UTC+04:00)

AzNews.az xəbər verir ki, prezident bu barədə Tvitter hesabında yazıb.

Tramp ispanları güclü və sərt olmağa çağırıb.

Qeyd edək ki, Barselonanın turistik ürəyi sayılan Rambla küçəsində furqon kütlənin üzərinə sürülüb və kioska çırpılıb. Nəticədə 13 nəfər ölüb, 60-a yaxın şəxs yaralanıb.

İspaniyanın baş naziri Mariano Raxoy və hökumətin sədr müavini Sorayya Saens de Santamariya terror aktının baş verdiyi əraziyə gəlib.

Hazırda əraziyə yaxın olan metro qapadılıb. Taksi sürücüləri insanları pulsuz daşıyır.

Polis əhaliyə terror aktının baş verdiyi ərazidən uzaq gəzməyə çağırış edib.v