DiKaprionun yeni rolu: Leonardo da Vinçi

18 Avqust 2017 13:06 (UTC+04:00)

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, Leonardo da Vinçinin həyatı yeni filmdə öz əksini tapacaq. Filmdə Leonardo da Vinçi obrazını isə aktyor Leonardo DiKaprio canlandıracaq. Artıq bu barədə aktyor ilə razılaşma da əldə olunub.

Aktyoru “Titanik” filmindən sonra yenidən rəsm çəkən yerdə görəcəyik.

Anasının sözlərinə görə, o, Leonardo da Vinçinin rəsm əsərinə baxan zaman Leonardo DiKaprio anasının bətnində ilk dəfə təpik atıb. Anasının oğluna bu adı verməsinə səbəb də məhz bu hadisədir.

Bəxtiyar Abbasov

AzNews.az