Lənkəranskinin il mərasimi keçirilir - Kriminal avtoritetlər burada + Foto

18 Avqust 2017 14:39 (UTC+04:00)

"Qafqazinfo"nun verdiyi xəbərə görə, yas mərasimi mərhumun ailəsinin yaşadığı Kiçik Bazar məhəlləsində baş tutacaq.

Lənkəranskinin il mərasimində bir çox tanınmış "oğru"ların iştirak edəcəyi gözlənilir. Bunun üçün də yüksək təhlükəsizlik tədbirləri görülüb.

Qeyd edək ki, Lənkəranskinin ölümü ilə bağlı Türkiyədə və Rusiyada bir neçə nəfər saxlanılıb, onun qətlində günahlandırılan bir neçə şəxs isə Lənkəranskinin öz tərəfdarları tərəfindən öldürüldüyü bildirilir.

AzNews.az