4 otaqlı ev yandı

18 Avqust 2017 17:01 (UTC+04:00)

FHN-dən AzNews.az-a verilən məlumata görə, Ağdaş rayonu, Məşəd kəndində ümumi sahəsi 150 m² olan ikimərtəbəli 4 otaq və aynabənddən ibarət evdə ev əşyaları 8 m² sahədə yanıb. Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənən halda, daha 1 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri ilə yanğınsöndürənlər tərəfindən xilas olunaraq aidiyyəti üzrə təhvil verilib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 14:56-da yanğınsöndürənlər tərəfindən söndürülüb.