4 dəfə əməliyyat olan “Faytonçu” Nazim: “Həkimlər dedi ki, get...”

18 Avqust 2017 17:55 (UTC+04:00)

Bunu AzNews.az-a açıqlamasında müğənni Nazim Pişyari (Faytonçu) deyib. Sənətçi bildirib ki, hazırda səhhətində olan problemlər aradan qalxmaq üzrədir:

“Bakıdayam. Özümü yaxşı hiss edirəm. Uzun bir yol keçdim. Həkimlərin hərəsi bir diaqnoz qoydu. Nəticədə bir neçə dəfə əməliyyat olundum. Həkimlər dedi ki, get ye, iç, kef elə, mahnılar oxu, tamaşaçılarını sevindir”.

Uzun zamandır ki, ortalarda görünməyən müğənni Nazim Pişyari öd xəstəliyindən əziyyət çəkir. O, 4 dəfə əməliyyat olunduğunu deyib.

Bahar RÜSTƏMLİ

AzNews.az