Gəncə sakini qayadan çaya düşərək ölüb

18 Avqust 2017 18:17 (UTC+04:00)

AzNews.az Apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Kəmərqaya kəndində qeydə alınıb. Gəncə sakini, 1957-ci il təvəllüdlü Mustafa Vahabov dostları ilə çayın kənarında istirahət edərkən ehtiyatsızlıq nəticəsində qayalıqdan çaya yıxılıb.

M. Vahabov hadisə yerində ölüb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.