Keçmiş telekanal rəhbərinin oğlu çayda batıb - Foto

18 Avqust 2017 19:17 (UTC+04:00)

AzNews.az Apa-ya istinadən xəbər verir ki, hadisə bu gün Balakən rayonu ərazisində, Katex çayında baş verib.

Zaqatala rayon sakini, 1991-ci il təvəllüdlü Ədilxan Nəzirxan oğlu Nuruyev çayda çimərkən boğulub.

Hazırda onun axtarışları davam etdirilir.

Qeyd edək ki, dünyasını dəyişən Ə. Nuruyev fəaliyyəti dayandırılmış “Aygün” televiziyasının rəhbəri Nəzirxan Nuruyevin oğludur.