Bakıda məktəbli yarmarkaları açılır

18 Avqust 2017 20:43 (UTC+04:00)

AzNews.az Trend - ə istinadən xəbər verir ki, qurumun mətbuat katibi Əlabbas Bağırov bildirib ki, yarmarkalara avqustun 25-dən start veriləcək: "Yarmarkalar metronun "Elmlər Akademiyası", "28 May", "İnşaatçılar", " Nəriman Nərimanov", "Koroğlu", "Neftçilər" və "Xalqlar dostluğu" stansiyalarının qarşısında keçiriləcək. Artıq yarmarkaların keçiriləcəyi çadırların quraşdırılmasına start verilib. Yaxın günlərdə hazırlıq işləri tamamlanacaq."

Ə.Bağırov qeyd edib ki, yarmarkalar sentyabrın 25-dək davam edəcək. Burada satılan məktəbli ləvazimatı bazar qiymətlərindən aşağı olacaq.