Barselonada terror aktı törədən sürücü məhv edildi

18 Avqust 2017 21:07 (UTC+04:00)

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, İspaniyanın El País qəzetinin yaydığı məlumata görə, sürücünün adı Musa Ukabirdir. Onun qardaşı Driss Ukabir ötən gün şübhəli şəxs kimi saxlanmışdı. Drissin sözlərinə görə, qardaşı ondan xəbərsiz sənədlərini alaraq, furqonu kirayəyə götürmək üçün istifadə edib.

Qeyd edək ki, polis terror aktı ilə əlaqədar 4 nəfəri nəzarətə götürüb.