Bakıda restoran yanıb

18 Avqust 2017 21:29 (UTC+04:00)

AzNews.az FHN-nin saytına istinadən xəbər verir ki, Nizami rayonunda ümumi sahəsi 200 kvadratmetr olan birmərtəbəli mansard tipli restoranın mansardında sahəsi 15 kvadratmetr olan mətbəxin dam örtüyünün yanar konstruksiyaları 4 kvadratmetr sahədə yanıb.

Restoranın qalan hissəsi və bitişik obyektlər yanğından mühafizə olunub. Yanğın saat 18:18-də yanğınsöndürənlər tərəfindən söndürülüb.