Yeltsinin avtomobili satışa çıxarıldı - 20 milyona

18 Avqust 2017 22:31 (UTC+04:00)

AzNews.az Tass-a istinadən xəbər verir ki, mərhum prezident bu maşınla rəsmi və şəxsi görüşlər üçün istifadə edib.

Satış elanında bildirilir ki, avtomobildə Boris Yeltsin sürücü ilə birlikdə gəzib:

“Bu maşını bizə xüsusi təyinatlı qarajdan Dövlət Dumasının deputatı gətirib. Maşın saz vəziyyətdədir. Satış qiymətini uyğun hesab edir və hələlik qaldırmağı planlaşdırmırıq. 1994-cü ildə istehsal edilmiş avtomobil cəmi 60 min km yol qət edib. Maksimal sürəti saatda 250 kilometrdir. Onu xüsusi sifariş əsasında hazırlayıblar”.