Keçmiş telekanal rəhbərinin çayda batan oğlunun meyiti tapıldı

19 Avqust 2017 09:00 (UTC+04:00)

AzNews.az “APA”ya istinadən xəbər verir ki, 1991-ci il təvəllüdlü Ədilxan Nuriyevin meyiti xilasedicilər tərəfindən batdığı yerin yaxınlığında tapılaraq sudan çıxarılıb.

Hadisə Balakən rayonu ərazisində baş verib. Zaqatala rayon sakini, 1991-ci il təvəllüdlü Ədilxan Nəzirxan oğlu Nuruyev çayda çimərkən boğulub.

Dünyasını dəyişən Ə. Nuruyev fəaliyyəti dayandırılmış “Aygün” televiziyasının rəhbəri Nəzirxan Nuruyevin oğludur.

AzNews.az