Dünyanın ən yaşlı qaçqını deportasiya ediləcək - Foto

19 Avqust 2017 15:50 (UTC+04:00)

AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, İsveç dövlət radiosunun məlumatına görə, İmmiqrasiya Bürosu Gotlandın qərbində yerləşən Skaraborgda yaşayan yaşlı qadının sığınma tələbini rədd edərək, onu ölkədən çıxarmaq qərarına gəlib. Yaşlı qadının deportasiya edilməsinə dair qərarına etiraz etmək hüququ var.

Keçən il, müharibədən qaçan mühacir qadının 105 yaşı olub, o, ailəsi ilə qeyri-qanuni yollarla Xorvatiyaya gedib. Xorvatiya polisi, qadının sənədlərini araşdırdıqlarını və yaşlı qadının 105 yaşı olduğunu təsbit etdiyini söyləyib. Yaşlı qadın Xorvatiyadan sonra İsveçə gedərək sığınacaq istəyib.

Ömrünün qalan hissəsini qorxmadan, rahat keçirməyi ümid edən qadın məyus olub. Onun 21 yaşlı nəvəsi Məhəmməd nənəsinin İmmiqrasiya İdarəsinin ekstradisiya qərarını eşitdikdən sonra beyninə qan sızdığını və yataqda olduğunu bildirib. Hökumət qüvvələri ilə Taliban arasında şiddətli qarşıdurmaların yaşandığı Künduzun təhlükəsiz bir zona olduğunu bəyan edən İmmiqrasiya İdarəsi, başqa bir Avropa ölkəsi tərəfindən qəbul edilmədiyi təqdirdə, yataq xəstəsi olan 106 yaşlı Bibikhalın Əfqanıstana ekstradisiya edilməsinə qərar verib.