ABŞ-ın ən böyük enerji şirkəti satılıb

19 Avqust 2017 20:40 (UTC+04:00)

AzNews.az Azərtac-a istinadən xəbər verir ki, bu barədə şirkət məlumat yayıb. Bildirilir ki, təbii qaz və geotermal mənbələrdən istifadə edərək ABŞ-ın ən böyük elektrik enerjisi istehsalçısı olan və 26 min meqavat tutuma malik “Calpine” şirkəti satılıb.

Şirkət istehsalının yarısını Texasda, qalanını isə Şimali Amerika və Kaliforniyada həyata keçirir.

Qeyd edək ki, “Calpine”nin səhmləri 2014-cü ilin sentyabr ayından bu vaxtadək 38 faiz dəyər itirib və şirkət son 3 rübdə zərər etdiyini açıqlayıb.