İlham Əliyev Gədəbəy limonad zavodunun açılışında iştirak edib - Foto

20 Avqust 2017 10:23 (UTC+04:00)

AzNews.az Azərtac-a istinadən xəbər verir ki, dövlətimizin başçısı müəssisə ilə tanış oldu.

Bildirildi ki, 2010-cu ildən fəaliyyət göstərən Gədəbəy mineral sular zavodunun istehsal etdiyi məhsullar daxili bazarla yanaşı, Rusiyaya və Bəhreynə də ixrac olunur. Yaxın vaxtlarda məhsulların daha bir neçə ölkəyə ixrac edilməsi planlaşdırılır.

Qeyd edildi ki, müəssisədə 120-yə yaxın işçi çalışır. Zavodun inşasında dövlətin güzəştli kreditlərindən istifadə olunub.

Prezident İlham Əliyev müəssisəni işə saldı.