Heydər Əliyev Mərkəzinin parkında "Dihaj" qrupunun konserti olub - Foto

20 Avqust 2017 14:41 (UTC+04:00)

AzNews.az istinadən xəbər verir ki, qrup tamaşaçılara yeni albomundan mahnılar təqdim edib. "Dihaj"ın özünəməxsus, maraqlı ifası alqışlarla qarşılanıb.

Sonda qrupun solisti Diana Hacıyeva tamaşaçıların istəyi ilə sevilən "Gecələr" mahnısını ifa edib.

Növbəti tədbirlər barədə məlumatları Mərkəzin Facebook və Instagram (@heydaraliyevcenter) səhifələrindən izləmək mümkündür.

Mərkəzin parkındakı həftəsonu tədbirlərinə giriş sərbəstdir.