Gömrük əməkdaşları qəzaya düşdü - Ölən və yaralanan var + Foto

21 Avqust 2017 11:13 (UTC+04:00)

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə zamanı “Mercedes” markalı minik avtomobilinin sürücüsü, 1958-ci il təvəllüdlü Kərimov Rafiq Baratəli oğlu vəfat edib. Həmin maşında olan sərnişin - Gəncə şəhər sakini, 1995-ci il təvəllüdlü Romanova Oksana Andrey qızı yaralı halda Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Qeyd edək ki, “Mercedes” markalı avtomobildə olanlar Dövlət Gömrük Komitəsinin əməkdşaları olub.

Faktla bağlı araşdırmalara başlanılıb.

AzNews.az