Arxiv fotolar yeniləri kimi qələmə verilir

21 Avqust 2017 12:00 (UTC+04:00)

Bir neçə gün əvvəl sayta yerləşdirilən bu material hazırlanarkən 2000-ci ilin əvvələrində çəkilən fotolardan istifadə edilib. Yazıda, istifadə edilən fotoların arxiv olduğu qeyd edilməsə də, onların yeni olmasına dair məlumat da verilməyib. Bundan istifadə edən bəzi sosial şəbəkə istifadəçiləri AzNews.az-da gedən materialı və fotoşəkilləri götürərək, güya Azərbaycanda heyvanlara qarşı zorakılığın tədbiq olunmasına dair həqiqəti əks etdirməyən malumatlar yayır.

AzNews.az xəbər saytı olaraq həqiqəti əks etdirməyən məlumatların yayılmasında saytımızın adının halladırılmasından təəssüf hissi keçiririk.