Qız qoca anasını döydü - Bakıda

21 Avqust 2017 13:26 (UTC+04:00)

"Report" xəbər verir ki, hadisə Xəzər rayonunda baş verib.

Belə ki, Buzovna qəsəbəsi, Bünyatov küçəsi 6 A ünvanında yaşayan 1936-ci il təvəllüdlü Quliyeva Rəhilə Şükür qızı övladı ilə mübahisə edib. Nəticədə R.Quliyevanın qızı stəkanla anasının başına zərbə vurub. Başından xəsarət alan qoca qadın 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Hüquq-mühafizə orqanları faktla bağlı araşdırma aparır.

AzNews.az