ABŞ Rusiyaya viza məhdudiyyəti qoydu

21 Avqust 2017 15:39 (UTC+04:00)

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, Ağ Evin bu barədə qətnaməsi avqustun 23-ündən etibarən qüvvəyə minəcək.

ABŞ-ın Rusiyadakı səfirliyi bildirib ki, viza məhdudiyyətinin tədbiq edilməsinə səbəb bir müddət əvvəl Rusiya hökumətinin amerikalı diplomatların sayını azaltmaqla bağlı qərar qəbul etməsi olub.

Məhdudiyyətlə bağlı qətnamə qeyri-müəyyən müddət ərzində icra olunacaq.

Rusiya prezidenti Vladimir Putin iyul ayında ABŞ səfirliyi əməkdaşlarının sayının 455-ə endirilməsinə dair qərar qəbul edib. Qərara əsasən, 755 diplomatik nümayəndə ölkəni tərk etməlidir.

Bəxtiyar Abbasov

AzNews.az