Azərbaycan Gürcüstana helikopter göndərdi

21 Avqust 2017 16:13 (UTC+04:00)

FHN-dən AzNews.az-a daxil olan məlumata görə, Prezident İlham Əliyevin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyi Gürcüstanın Borjomi-Xaraqulsk qoruğunda baş vermiş meşə yanğınlarının söndürülməsinə kömək məqsədilə helikopter göndərib.

Avqustun 21-də Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinə məxsus helikopter havaya qalxmış və qonşu ölkədəki meşə yanğınlarının söndürülməsində iştirak edəcək.