Bakıda evli kişi şantaj edildi - Onların arasında intim əlaqə olub

21 Avqust 2017 16:40 (UTC+04:00)

AzNews.az yerli mətbuata istinadən xəbər verir ki, şantajçı E.M. adlı şəxs Yasamal rayon polisi tərəfindən saxlanılıb. O, Abşeron rayon sakinidir.

E.A. adlı şəxs isə, 1960-cı il təvəllüdlüdür. Tərəflərdən kimin kimi yoldan çıxardığı məlum deyil. Lakin, onların arasında intim əlaqə olub. 57 yaşlı E.A. intim münasibət zamanı E.M.-nin onun səsini yazmasından xəbərsiz olub.

Avqustun 14-ündə tərəflər növbəti dəfə görüşüblər və E.M. səsyazısını E.A.-ya göstərərək ondan 3600 manat pul istəyib. Əks halda, şantajçı bildirib ki, o, səsyazısını sosial şəbəkədə yayacaq. Kişi evli olduğundan rüsvay olmamaq üçün tələb olunan məbləğlə razılaşıb. Bununla belə, zərərçəkən hadisə barədə polisə məlumat verərək şantajçını tutdurub.

Bəxtiyar Abbasov

AzNews.az